...

ADA tərəfindən keçirilən “Azərbaycanşünaslıq ” adlı təlim proqramı başa çatıb (FOTO)

Cəmiyyət Materials 15 Avqust 2013 15:46 (UTC +04:00)
Bu gün Azərbaycan Diplomatik Akademiyası İxtisasartırma Proqramlarının (ADA Executive Programme) Dövlət Neft Şirkəti və AFAZ-ın (Assembly of the Friends of Azerbaijan) maliyyə dəstəyi ilə ABŞ-ın Texas ştatının nüfuzlu universitetlərinin nümayəndələri üçün keçirdiyi “Azərbaycanşünaslıq ” adlı təlim proqramının bağlanış mərasimi keçirilib.
ADA tərəfindən keçirilən “Azərbaycanşünaslıq ” adlı təlim proqramı başa çatıb (FOTO)

Azərbaycan, Bakı, 15 avqust /Trend/

Bu gün Azərbaycan Diplomatik Akademiyası (ADA) İxtisasartırma Proqramlarının (ADA Executive Programme) Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və AFAZ-ın (Assembly of the Friends of Azerbaijan) maliyyə dəstəyi ilə ABŞ-ın Texas ştatının nüfuzlu universitetlərinin nümayəndələri üçün keçirdiyi "Azərbaycanşünaslıq" adlı təlim proqramının bağlanma mərasimi keçirilib.

ADA-dan Trend-ə verilən məlumata görə, mərasimdə ADA-nın rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev və ARDNŞ-nin vitse-prezidenti Xaliq Məmmədov iştirak ediblər. Təlim iştirakçılarını kursu uğurla başa vurmaları münasibəti ilə təbrik edən H.Paşayev tarixən Texaş ştatının ABŞ-Azərbaycan münasibətlərində oynadığı xüsusi rolu mərasim iştiraçılarının nəzərinə çatdırıb. 1990-cı illərdə "Əsrin Müqaviləsi"nin imzalanması ərəfəsində Azərbaycan nümayəndə heyətinin Texasda çoxsaylı görüşlər keçirdiyini vurğulayan Paşayev bu məqamın Azərbaycan üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib. Texas ştatının fəxri vətəndaşı olan Paşayev, eyni zamanda orada keçirdiyi görüşlər, iştirak etdiyi tədbir və yüksəksəviyyəli konfranslarla bağlı öz fikirlərini bölüşüb.

Texasın Hyuston şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasını ABŞ-Azərbaycan münasibətlərinin gücləndirilməsi istiqamətində atılmış mühüm addım hesab edən Xaliq Məmmədov, Mərkəzin Azərbaycanın tarixi, mədəniyyəti, dili və həqiqətlərinin təbliği üçün daha geniş imkanlar yaratdığını bildirib.

Mərasimin sonunda təlim iştirakçıları sertifikatlarla təltif olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti