...

Təhsil Nazirliyi 1245 müəllimi müsabiqə ilə işə qəbul edib

Cəmiyyət Materials 19 Avqust 2013 13:34 (UTC +04:00)
2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə vakant yerlərə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatıb.
Təhsil Nazirliyi 1245 müəllimi müsabiqə ilə işə qəbul edib

Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir İ.İsabalayeva/

2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə vakant yerlərə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatıb.

Trend Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, müəllimlərin işə qəbulu üzrə imtahanların nəticəsinə görə 1597 nəfər müsahibə mərhələsinə buraxılıb. Avqustun 12-dən 16-dək keçirilmiş müsahibənin nəticəsinə əsasən 1245 müəllim işə qəbul olunub.

Avqustun 19-da müəllimlərin işə qəbulu üzrə imtahanların və müsahibənin nəticələrinə görə boş qalan vakant yerlərə əlavə yerləşdirmə üçün ərizə qəbuluna başlanıb. Əlavə yerləşdirmədə iştirak etmək üçün keçid balını toplamış, lakin işə qəbul olunmamış namizədlər şəxsi səhifələrinə daxil olmaqla boş qalan yerlər haqqında məlumatla tanış ola, ixtisası üzrə ən çoxu 4 vakant yer seçə və seçimlərini təsdiqləyə bilərlər. Əlavə yerləşdirmə nəticəsində vakant yerləri tutanlar üçün avqustun 23-də müsahibə keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti