...

Kəmaləddin Heydərov Yevlax şəhərində vətəndaşları qəbul edib

Cəmiyyət Materials 23 Avqust 2013 19:06 (UTC +04:00)
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Yevlax şəhərində vətəndaşları qəbul edib. Bu barədə cümə günü Trend-ə Fövqəladə Hallar Nazirliyindən daxil olan məlumatda deyilir.
Kəmaləddin Heydərov Yevlax şəhərində vətəndaşları qəbul edib

Azərbaycan, Bakı, 23 avqust /Trend/

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Yevlax şəhərində vətəndaşları qəbul edib. Bu barədə cümə günü Trend-ə Fövqəladə Hallar Nazirliyindən daxil olan məlumatda deyilir.

Avqustun 23-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Yevlax şəhərində yerləşən Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzində Yevlax, Mingəçevir və Naftalan şəhərlərinin, Goranboy, Göyçay, Ucar, Zərdab, Kürdəmir və Ağdaş rayonlarının sakinlərinin qəbulunu keçirib.
Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 40 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Bundan başqa, kadr məsələləri ilə bağlı 160, digər məsələlərlə bağlı müraciət etmiş 25 vətəndaş nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti