...

Baş Prokurorluğun əməkdaşı BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının icrası ilə bağlı beynəlxalq tədbirlərdə iştirak edib

Cəmiyyət Materials 28 Avqust 2013 15:06 (UTC +04:00)
Baş Prokurorluğun əməkdaşı BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının icrası ilə bağlı beynəlxalq tədbirlərdə fəal iştirak edir.
Baş Prokurorluğun əməkdaşı BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının icrası ilə bağlı beynəlxalq tədbirlərdə iştirak edib

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir İ.İzzət/

Baş Prokurorluğun əməkdaşı BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının icrası ilə bağlı beynəlxalq tədbirlərdə fəal iştirak edir.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasında BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının bir sıra müddəalarının icrası ilə bağlı 1-ci raund dəyərləndirilməsi uğurla həyata keçirilib. BMT-nin Narkotiklər və Cinayətkarllğa qarşı Mübarizə İdarəsinin dəstəyi ilə Bosniya və Herseqovina, eyni zamanda Qvatemalanın ekspertləri Azərbaycan Respublikasında korrupsiyanın kriminallaşdırılması və beynəlxalq hüquqi əməkdaşlıq məsələləri sahəsində qiymətləndirmə apararaq, konvensiyanın həmin hissəsinin implementasiyası üçün görülən işləri qənaətbəxş hesab edib. Azərbaycan üzrə hesabatın icmalı BMT-yə üzv dövlətlər arasında yayılaraq ölkəmizin müsbət iş təcrübəsi dünya ictimaiyyətinin diqqətinə çatdırılıb.

Konvensiyanın İmplementasiya üzrə Nəzarət Qrupunun sessiyasında qəbul edilmiş qərarla Azərbaycan Peru və Meksika Birləşmiş Ştatları üzrə dəyərləndirici dövlət seçilib.

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin böyük prokuroru Elnur Musayev Beynəlxalq Ekspertlər Qrupu tərkibində Mexiko şəhərində Dəyərləndirmə iclasında iştirak edib.

Beynəlxalq ekspert heyəti Meksikanın bir sıra ali qurumları, o cümlədən Parlament, Ali Məhkəmə, Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Dövlət İşləri üzrə Nazirlik, Maliyyə Kəşfiyyatı Qurumu, Maliyyə Nazirliyi və sair qurumlarının nümayəndləri ilə görüşlər keçiriblər.

Azərbaycan Respublikasının Meksikadakı fövqəladə və səlahiyyətli səfiri İlqar Muxtarov açılış sessiyasında iştirak edərək ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsinə öz dəstəyini ifadə edib.

Tədbirdə Meksika hökumətinin özünüdəyərləndirmə toplusuna hazırladığı cavablar Azərbaycan mütəxəssisi - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin böyük prokuroru Elnur Musayev tərəfindən öyrənilərək qiymətləndirilib, cavabdeh ölkəyə eskpert rəylərinin layihələri təqdim olunub. İş bölgüsünə əsasən korrupsiyanın kriminallaşdırılması, hüquq mühafizə qurumları, əmlak üzərinə həbs qoyulması və müsadirə, cinayət təqibindən immunitet, hüquqi şəxslərin korrupsiya cinayətlərinə görə məsuliyyəti, sübutetmə və sair məsələlər üzrə Meksika qanunvericiliyinin və təcrübəsinin beynəlxalq tələblərə cavab verməsinin qiymətləndirilməsini həyata keçirən azərbaycanlı mütəxəssis sözügedən prosesdə aparıcı rol oynayıb.

Səfər çərçivəsində beynəlxalq ekspertlər korrupsiyaya qarşı mübarizə və BMT Konvensiyasının implementasiyası ilə əlaqədar səmərəli fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti