...

Dələduzluq yolu ilə külli miqdarda özgə əmlakını ələ keçirən şirkətə qarşı cinayət işi başlanıb

Cəmiyyət Materials 3 Sentyabr 2013 17:51 (UTC +04:00)
"Az Palinure İnternational" Məhdud Məsuliyyətli Cəmiyyətin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciətlər araşdırılıb.
Dələduzluq yolu ilə külli miqdarda özgə əmlakını ələ keçirən şirkətə qarşı cinayət işi başlanıb

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir İ.İzzət/

"Az Palinure İnternational" Məhdud Məsuliyyətli Cəmiyyətin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciətlər araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aparılan araşdırmalar zamanı "Az Palinure İnternational" MMC-nin vəzifəli şəxslərinin xarici ölkələrdə fəaliyyət göstərən banklarla birgə layihələr həyata keçirmək adı altında, cəmiyyətə 1050 ABŞ dolları ödəyən şəxsə ödədiyi məbləğin hər ay 3.5% miqdarında vəsait veriləcəyi vəd edilərək 2010-2012-ci illər ərzində ayrı-ayrı şəxslərdən ümumilikdə 38 min 250 ABŞ dolları məbləğində pul alınaraq aldatma yolu ilə külli miqdarda özgə əmlakının ələ keçirilməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində iş üzrə istintaq davam etdirilməklə "Az Palinure İnternational" MMC-nin vəzifəli şəxsləri tərəfindən aldadılmış vətəndaşların pozulmuş hüquqlarının bərpa edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti