...

Berlində azərbaycanlı mütəxəssislər üçün enerjiyə qənaət mövzusunda pulsuz seminarlar təşkil ediləcək

Cəmiyyət Materials 6 Sentyabr 2013 15:02 (UTC +04:00)
Azərbaycanlı mütəxəssislər üçün TrEff Təqaüd Proqramı (TrEff Scholarship Programme) çərçivəsində Almaniyanın paytaxtı Berlində enerjiyə qənaət mövzusunda pulsuz seminarlar təşkil ediləcək.
Berlində azərbaycanlı mütəxəssislər üçün enerjiyə qənaət mövzusunda pulsuz seminarlar təşkil ediləcək

Azərbaycan, Bakı, 6 sentyabr / Trend, müxbir M.Əliyev/

Azərbaycanlı mütəxəssislər üçün TrEff Təqaüd Proqramı (TrEff Scholarship Programme) çərçivəsində Almaniyanın paytaxtı Berlində enerjiyə qənaət mövzusunda pulsuz seminarlar təşkil ediləcək.
Trend-in məlumatına görə, Almaniyanın Berlin şəhərində yerləşən Renewables Academy şirkətinin həyata keçirdiyi TrEff-Project (TrEff- Enerjiyə Qənaət Təlimi) layihəsi çərçivəsində Azərbaycandan, Qazaxıstandan və Ukraynadan olan enerji mütəxəssisləri kommersiya sektorunda enerjiyə qənaət mövzusunda 5 günlük təlim proqramında iştirak edə bilərlər.

TrEff Təqaüd Proqramı Almaniya Federal İqtisadiyyat və Texnologiya Nazirliyinin dəstəyi ilə sözügedən nazirliyin "Enerji Qənaəti İxracaat Təşəbbüsü" proqramı çərçivəsində həyata keçirilir. İndiyə kimi TrEff seminarlarında enerjiyə qənaət mövzusu ilə əlaqədar müxtəlif mövzularda 2013-cü ilin yaz mövsümündə keçirilən təlimlərdə Azərbaycan, Qazaxıstan və və Ukraynadan 120 mütəxəssis iştirak edib.

Payız mövsümündə keçiriləcək seminarlarda kommersiya sahəsində enerjiyə qənaət mövzusu ilə yanaşı, sənayedə və ictimai binalarda enerjiyə qənaət kimi mövzular da təklif olunacaq. Bu seminarlar Berlində, RENAC şirkətinin Enerjiyə Qənaət Təlim Mərkəzində baş tutacaq. Təlim zamanı gündəlik keçiriləcək seminarlarla yanaşı, iştirakçılar alman şirkətlərilə görüşlər keçirəcək və müxtəlif müəssisə və zavodlara baş çəkəcəklər.

RENAC-da bildiriblər ki, enerjiyə qənaət mövzusu sənaye və tikinti sahəsində önəmli rol oynamaqla yanaşı ticarət və kommersiya sahəsində istifadə imkanları mövcuddur, irihəcmli ofis sahəsi yüksək qızdırma tələbatını da ödəyə bilər: "Qərbi Avropada sahənin qızdırılmasının 50%-i ticarət və kommersiya sektoruna sərf edilir, bunun dörddə bir hissəsi mexaniki enerji ilə (kondisionerlərin, ventilyasiya sisteminin və soyuducu cihazların işə salınması) istifadə edilir. Enerjinin qalan hissəsi isə istilik, isti su cihazları və işıqlandırmaya sərf olunur. Ticarət və kommersiya sahəsində enerjiyə qənaət potensialları tam olaraq kəşf olunmamış qalır. Bu səbəbdən, bu mövzuya müraciət etmək faydalı hesab olunur. İqtisadi və ekoloji üstünlüyü ilə yanaşı, biznesin işləməsi üçün lazım olan xərclərin, enerjiyə sərf edilən xərcin, işıqlandırma xərclərinin azaldılması kimi, enerjiyə qənaət ölçüləri də təkmilləşdirilmiş iş şəraitinə gətirib çıxara bilər".

İştirak etmək üçün yerlər məhdud olduğundan, maraqlananların öz ərizələrini tez zaman ərzində təqdim etmələri məsləhət görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti