...

Həftəmizin qəhrəmanı "Green House" restoranı (FOTO)

Cəmiyyət Materials 10 Sentyabr 2013 18:01 (UTC +04:00)
Əgər siz yaxşı balıq restoranı axtarırsınızsa, onlardan biri “Excelsior Hotel Baku”nun yanında yerləşən "Green House" adlı balıq restoranıdır.
Həftəmizin qəhrəmanı "Green House" restoranı (FOTO)

Qida məhsulları və içkilər üzrə menecer Mehmet Ayanın müsahibəsi

Əgər siz yaxşı balıq restoranı axtarırsınızsa, onlardan biri "Excelsior Hotel Baku"nun yanında yerləşən "Green House" adlı balıq restoranıdır. Dünya kulinariya təcrübəsində balıq və dəniz məhsulları artıq uzun müddətdir ki, lider mövqedədir. Belə ki, balıq hər bir insanın qida rasionunda zəruridir. Təbii mənşəyi, hormonların və antibiotiklərin olmaması dəniz sakinlərinə layiqincə ən sağlam və ekoloji təmiz məhsul adını verir. Orqanizmə göstərdikləri faydalı təsir, stress və depressiyalardan azad edən unikal qabiliyyəti isə elm tərəfindən sübuta yetirilib. Məhz buna görə də balıq yeməklərinə sevgi sağlam həyat tərzi ilə birgə təsəvvür edilir.

Oxucularımızı bu restoranla daha yaxından tanış etməkdə bizə qida məhsulları və içkilər üzrə menecer Mehmet Ayan yardım etdi. O, restorandan söhbət açdı. "Green House" restoranı açıq havada, hovuz yanında çardağın kölgəsində yerləşir. Daxildən bu restoran rəngarəng bitkilərin və çiçəklərin əhatəsində olan həyətdir, çəlləklərdə həndəsi formada bitkilər əkilib. Lakin təəssüf ki, restoran yalnız yay mövsümündə işləyir. Havalar sərinləşən kimi restoran "Excelsior Hotel Baku"da Belveder restoranında fəaliyyətə başlayacaq. "Green House" restoranında 30-55 qonaq yerləşdirilə bilən 1 zal var. Restoran 2013-cü il avqustun 26-dan fəaliyyət göstərir.

Menyuda əsasən balıq və dəniz məhsullarıdır, ət və toyuqdan ayrı-ayrı yeməklər, həmçinin məşhur türk qəlyanaltıları var. Restoranın əsas menyusu hər həftə mövsüm və qonaqların zövqü nəzərə alınmaqla yenilənir. "Green House" restoranında təqdim edilən bütün dəniz məhsulları Türkiyədən idxal edilir. Onlar zərif və incə dadı ilə seçilir. Dəniz yeməklərinin və içkilərinin rəngarəngliyi ən səriştəli qurmanların belə zövqünü oxşayacaq. Həftə ərzində məhz hansı balıq növlərinin olması haqqında məlumat "Excelsior Hotel Baku"nun "facebook" səhifəsinin (www.facebook.com/pages/Excelsior-Hotel-Baku) yerləşdirilir. Siz məhz bu səhifəyə daxil olmaqla restoranın son yeniliklərini izləyə bilərsiniz.

Restoranın baş aşpazı yüksək dərəcəli aşpaz Ramal Həşimov ən adi məhsullardan unudulmaz yemək hazırlaya bilən əsl sehrbazdır. O, artıq bu restoranda 3 ildir ki, çalışır. O, sizə 100% keyfiyyətli, ən başlıcası isə ləzzətlə hazırlanmış yeməyə zəmanət verəcək. Bir çox insanlar restorana sadəcə nahar və ya şam yeməyi üçün getmir. Ümumiyyətlə, yemək evdə də mümkündür. Şəhərin səs-küyündən dincəlmək, canlı musiqinin sehirli sədaları altında rahat ab-hava və dostlarla xoş ünsiyyət heç də hər kəsin mənzilində mümkün olan deyil. Prinsip etibarilə, həm də hər bir müəssisənin belə xidmət təqdim etməyə hazır olmadığı kimi. Restoranda hər gün gənc müğənninin ifasında canlı musiqi səslənir. Repertuara əsasən ingilis, türk və Azərbaycan dillərində mahnılar daxildir.

"Excelsior Hotel Baku" hoteli daim öz qonaqlarının rahatlığının qayğısındadır. Və məhz buna görə də o, qonaqlara hoteldən şəhərə və əksinə transfer təklif edən xidməti işə salıb. Bunun üçün 17 yerlik "Mersedes"-sprinter markalı mikroavtobus alınıb və istismara verilib. Şənbə və bazar günləri də daxil olmaqla, səhər 08:30-dan başlayaraq, hər bir saatdan bir avtobus qonaqları hoteldən "Park Bulvar" AVM-ə aparır. Birinci tur hər bir saatdan bir "Park Bulvar"dan hotelə səhər 09:00-dan başlayır. Bu xidmət pulsuz olub, qonaqların rahatlığı üçün nəzərdə tutulub.

Oxucularımızı sevindirmək üçün isə sizə yeni məlumatı çatdırmağa tələsirik: "Green House" hər yeni müştəriyə 10% endirim təklifi ilə aksiya elan edir.

Sonda deyə bilərik ki, "Green House" restoranı ailəvi istirahət üçün ən yaxşı yerdir. Gözəl interyer, nəfis mətbəx və qüsursuz xidmət sizin istirahəti unudulmaz edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti