...

Dilçilik İnstitutunda hansı struktur dəyişikliklərin aparılacağı açıqlanıb

Cəmiyyət Materials 11 Sentyabr 2013 17:02 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunda hansı struktur dəyişikliklərin aparılacağı açıqlanıb.
Dilçilik İnstitutunda hansı struktur dəyişikliklərin aparılacağı açıqlanıb

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunda hansı struktur dəyişikliklərin aparılacağı açıqlanıb.

Trend-in məlumatına görə, "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın icrası ilə bağlı yaradılmış İşçi qrupunun iclasında çıxş edən Dilçilik İnstitutunun direktor əvəzi Fəxrəddin Veysəlli bildirib ki, indiyədək institutda 10 şöbə var idi.

Struktur dəyişikliklərin aparılması məqsədilə institutda fəaliyyət göstərən bəzi şöbələr birləşdirilir. Yeni yaradılan şöbələr daha geniş formada işləyə biləcəklər. Yeni şöbələrin Müasir Azərbaycan dili, dil tarixi və dialektologiya, Sosial linqvistika və dil siyasəti, Qədim dillər və mədəniyyətlər, Sosio-dilçilik və dil siyasəti, Nəzəri dilçilik, Hind-Avropa dilləri, Monitorinq, Kompüter dilçiliyi adlandırılması nəzərdə tutulur. İnstitutda hazırda mövcud olan Türk dilləri şöbəsi yenə də olacaq.

Yeni struktur dəyişiklikləri AMEA-nın Rəyasət Heyəti tərəfindən təsdiq ediləcək. Bundan sonra isə şöbələr fəaliyyətə başlayacaq.

İşçi qrupunun rəhbəri Kamal Abdulla deyib ki, Dilçilik İnstitutunda "Qaynar xətt" də yaradılacaq. "Qaynar xətt"ə istənilən Azərbaycan vətəndaşı zəng edərək dil pozuntuları barədə məlumat verə biləcək.

K.Abdullanın sözlərinə görə, institutun yeni strukturunun yaradılması çox vacibdir. Çünki institutun köhnə strukturu ilə dövlət proqramında nəzərdə tutulan tədbirləri həyata keçirmək olmazdı: "Dilçilik İnstitutunun işçiləri ilə bağlı problem olmayacaq, onlar çalışacaqlar. Ancaq təbii ki, yeni qüvvələr də gələcək, onlarla da çalışmaq, istiqamət göstərmək lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti