...

Kamal Abdulla: Televiziyalarda Bədii Şuranın yaradılmasının vaxtı çoxdan çatıb

Cəmiyyət Materials 11 Sentyabr 2013 17:29 (UTC +04:00)
Trend-in məlumatına görə, bunu "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın icrası ilə bağlı yaradılmış İşçi qrupunun iclasında qrupun sədri, AMEA-nın İctimai və Humanitar Elmlər Bölməsinin akademik katibi Kamal Abdulla bildirib.
Kamal Abdulla: Televiziyalarda Bədii Şuranın yaradılmasının vaxtı çoxdan çatıb

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

KİV-lərdə monitorinq aparan Monitorinq qrupunu Bədii Şura da hesab etmək olar.

Trend-in məlumatına görə, bunu "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın icrası ilə bağlı yaradılmış İşçi qrupunun iclasında qrupun sədri, AMEA-nın İctimai və Humanitar Elmlər Bölməsinin akademik katibi Kamal Abdulla bildirib.

Onun sözlərinə görə, radio və televiziyalarda monitorinqlər daim aparılacaq: "Monitorinq qrupunu Bədii Şura da hesab etmək olar. Kimə desəm ki, televiziyalar üçün Bədii Şura yaradılır, hamı bunu alqışlayacaq. Televiziyalarda Bədii Şuranın yaradılmasının vaxtı çoxdan çatıb".

K.Abdulla dilin daha çox müğənni və aktyorlar tərəfindən pozulduğunu da söyləyib: "Biz bəzən diktorları qınayırıq. Ancaq ən əsas dil korlayanlar müğənni və aktyorlardır. Müğənni və aktyorlar qədər dili korlayan yoxdur".

İşçi qrupunun sədr müavini Həbib Zərbəliyev isə deyib ki, hazırda televiziya və radiolarda Azərbaycan dilinin normalarına riayət edilməsi ilə bağlı monitorinqlər aparılır. Bu monitorinqlərin yaxın zamanlarda yekunlaşması nəzərdə tutulur. Onun nəticələri əsasında dil pozuntularına yol verən aparıcı və diktorlar üçün treninq kurslar təşkil ediləcək. Bu kurslara ölkənin ən peşəkar diktorları və aparıcılarının cəlb edilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti