...

Azərbaycan sinoptikləri məktəblilərə xoş hava şəraiti vəd edir

Cəmiyyət Materials 15 Sentyabr 2013 13:18 (UTC +04:00)
Azərbaycanda yeni dərs ilinin ilk günündə hava əsasən yağmursuz olacaq.
Azərbaycan sinoptikləri məktəblilərə xoş hava şəraiti vəd edir

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda yeni dərs ilinin ilk günündə hava əsasən yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı və Abşeron yarımadasında sentyabrın 16-da havanın dəyiskən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında arabir saniyədə 18-20 metrədək güclənəcək.

Havanın temperaturunun gecə 18-22, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sentyabrın 16-da bəzi yerlərdə axşam və gecə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Aran rayonlarında havanın temperaturunun gecə 17-22, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti