...

Azərbaycan Memarlıq və İnşaat Universitetində Bilik Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 16 Sentyabr 2013 13:43 (UTC +04:00)
Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində Bilik Günü münasibətilə tədbir keçirilib. Mərasimdə çıxış edən AzMİU-nun rektoru, prof. Gülçöhrə Məmmədova gənc nəslin təlim-tərbiyyəsində, elm və təhsilində, mütəxəssislərin hazırlanmasında xüsusi rol oynayan universitetin, bu gün də ali təhsil ocaqları içərisində seçildiyini söyləyib.
Azərbaycan Memarlıq və İnşaat Universitetində Bilik Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində Bilik Günü münasibətilə tədbir keçirilib. Mərasimdə çıxış edən AzMİU-nun rektoru, prof. Gülçöhrə Məmmədova gənc nəslin təlim-tərbiyyəsində, elm və təhsilində, mütəxəssislərin hazırlanmasında xüsusi rol oynayan universitetin, bu gün də ali təhsil ocaqları içərisində seçildiyini söyləyib.Bu barədə Trend-ə universitetdən daxil olan məlumatda deyilir.

"AzMİU-nun 2013-2014-cü tədris ili üçün qəbulunun nəticələri də bunun göstəricisidir. 2013-2014-cü tədris ilinə Universitetimizə 1180 tələbə qəbulu planlaşdırılıb. Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası tərəfindən aparılan test imtahanından sonra Universitetimizə 1180 tələbə qəbul olunub ki, bunların da 468 nəfəri dövlət sifarişinə, 712 nəfər isə ödənişli əsaslarladır. Qəbul olunan abituriyentlərin 355 nəfərini qızlar təşkil edir. Bu il Universitetimizə qəbul olan tələbələrdən 9 nəfəri 592-515 arası bal toplayaraq yüksək nəticə göstəriblər". Bu il Avropa Birliyi universitetləri ilə diğər ölkələrin universitetləri arasında mübadilə proqaramı olan Erasmus-Mundus layihəsi çərçivəsində AzMİU-da təhsil almaqçun İspaniyanın Alikante Universitetindən də tələbələr gəlib. Bundan əlavə Universitetdə ingilis dilli qruplar da fəaliyyət göstərir ki, burda da abituriyentlər uğurla tələbə adını qazanıblar.

Tədbirdə iştirak edən Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əskərov tələbə adını qazanan bütün gəncləri təbrik edib.

Qeyd edək ki, AzMİU-nun tələbəsi olmaq üçün imtahan verən abituriyentlərin çox hissəsi 300-dən çox bal toplayaraq tələbə adını qazanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti