...

Novruz Aslanov İsmayıllı rayonunda bir sıra tədbirlərdə iştirak edib (FOTO)

Cəmiyyət Materials 16 Sentyabr 2013 13:58 (UTC +04:00)
Sentyabrın 13-də millət vəkili Novruz Aslanov İsmayıllı rayonuna səfər edib. İlk olaraq rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqovla Mican kəndində şəhid adına içtifadəyə verilmiş yeni su bulağının açılışında iştirak edib.
Novruz Aslanov İsmayıllı rayonunda bir sıra tədbirlərdə iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

Sentyabrın 13-də millət vəkili Novruz Aslanov İsmayıllı rayonuna səfər edib. İlk olaraq rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqovla Mican kəndində şəhid adına içtifadəyə verilmiş yeni su bulağının açılışında iştirak edib. Sonra İsmayıllı rayon təhsil şöbəsində bu il ali məktədlərə qəbulda 600-dən çox bal toplamış tələbələrlə görüş keçirib. Qeyd edək ki, belə tələbələrin sayı 21 nəfərdir. Görüşdə tələbələri təbrik edən millət vəkili hər il olduğu kimi bu il də özünün ənənəvi hədiyyələrini onlara təqdim edib.

Görüşdən sonra deputat öz seçicilərinin qəbulunu keçirib.

Məlumat üçün bildirək ki, deputat Novruz Aslanovun dəstəyi ilə yeni dərs ilinin başlaması münasibətilə 30-a yaxın kəndin birinci sinif şagirdlərinə ümumi sayı 1500 ədəd çanta paylanılmışdır. Həmçinin, valideyn himayəsindən məhrum olmuş birinci sinif şagirdlərinə də çantalar verilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti