...

Türkiyədə vaxtında hadisə yerinə gəlməyən polislər cərimələnəcəklər

Cəmiyyət Materials 16 Sentyabr 2013 14:49 (UTC +04:00)
Türkiyənin Təhlükəsizlik üzrə Baş Müdiriyyəti hadisə yerinə gec gəlmiş təhlükəsizlik qüvvələri əməkdaşlarının cərimələnməsini nəzərdə tutan yeni qanun layihəsini hökumətə təqdim etmək niyyətindədir.
Türkiyədə vaxtında hadisə yerinə gəlməyən polislər cərimələnəcəklər

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir A. Tağıyeva/

Türkiyənin Təhlükəsizlik üzrə Baş Müdiriyyəti hadisə yerinə gec gəlmiş təhlükəsizlik qüvvələri əməkdaşlarının cərimələnməsini nəzərdə tutan yeni qanun layihəsini hökumətə təqdim etmək niyyətindədir. Bu barədə Trend bazar ertəsi "Anadolu" agentliyinə istinadən məlumat verir.

Hadisə yerinə göndərilmiş polislərə GPS-naviqatorlar vasitəsilə nəzarət ediləcək. Əgər polislər hadisə yerinə getməzlərsə və ya oraya gec gələrlərsə, onlara qarşı cərimələr tətbiq ediləcək.

Cərimənin miqdarı və qanun layihəsinin digər təfərrüatları açıqlanmır. Qanun layihəsi baxılması üçün oktyabrda hökumətə təqdim ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti