...

Bakı metrosunda qatarların hərəkətində problem yaranıb

Cəmiyyət Materials 18 Sentyabr 2013 20:09 (UTC +04:00)
Bakı Metropolitenində qatarların hərəkət cədvəlində problem yaranıb.
Bakı metrosunda qatarların hərəkətində problem yaranıb

Azərbaycan, Bakı, 18 sentyabr /Trend/

Bakı Metropolitenində qatarların hərəkət cədvəlində problem yaranıb.

Sərnişinlərin Trend-ə verdiyi məlumata görə, saat 20:00 radələrində metronun "Elmlər Akademiyası" stansiyasında "Həzi Aslanov" istiqamətinə hərəkət etməli olan qatar 15 dəqiqəyə yaxın gecikib.

Bu, stansiyada sərnişin sıxlığının yaranmasına səbəb olub.

Qeyd edək ki, Bakı Metropoliteni Azərbaycanda yeni dərs ilinin başlandığı gündən (16 sentyabr) etibarən qatarların hərəkət intervalının iki dəqiqəyədək azaldılmasını nəzərdə tutan payız-qış rejiminə keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti