...

Azərbaycanda səhv danışan aparıcılar barədə tədbir görüləcək

Cəmiyyət Materials 19 Sentyabr 2013 15:35 (UTC +04:00)
Ölkənin televiziya və radiolarında Azərbaycan ədəbi dilinin istifadəsi ilə bağlı aparılan ilk monitorinqdə müəyyən nöqsanlara yol verdiyi aşkarlanan aparıcı və diktorlar treninq kurslara cəlb edildikdən sonra da öz danışıqlarında dil pozuntularına yol verərsə, onlar barəsində tədbir görülməsi üçün müvafiq təşkilatlara müraciət ediləcək.
Azərbaycanda səhv danışan aparıcılar barədə tədbir görüləcək

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Ölkənin televiziya və radiolarında Azərbaycan ədəbi dilinin istifadəsi ilə bağlı aparılan ilk monitorinqdə müəyyən nöqsanlara yol verdiyi aşkarlanan aparıcı və diktorlar treninq kurslara cəlb edildikdən sonra da öz danışıqlarında dil pozuntularına yol verərsə, onlar barəsində tədbir görülməsi üçün müvafiq təşkilatlara müraciət ediləcək.

Bunu Trend-ə "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın icrası ilə bağlı yaradılmış işçi qrupunun sədr müavini Həbib Zərbəliyev deyib.

Onun sözlərinə görə, hazırda monitorinq ölkənin bütün radio və televiziyalarında aparılır. Hazırda monitorinqlər rəsmi xəbərləri, elmi-kütləvi proqramları, xronikaları əhatə edir. Bəzi işlər tamamlanmadığından monitorinqlərin müddəti daha bir həftə uzadılıb. Monitorinqin keçirilməsi üçün bir necə qrup yaradılıb. Hər bir qrup da bir kanalda monitorinq həyata keçirir:

"Bu gün radiolardan birində aparıcı "9.30-u göstərir, saatlar, Bakıda" deyir. Aydın görünür ki, bu cümlədə Azərbaycan dilinin sintaksis normaları əməlli-başlı pozulub. Budəfəki monitorinq zamanı müəyyən qüsurlara yol verənlər treninq kurslara cəlb ediləcək. Ancaq həmin diktor və ya aparıcı öz fəaliyyətini eyni şəkildə davam etdirsə, onda biz həmin təşkilatın rəhbərliyinə tədbir görülməsi barədə müraciət edəcəyik".

Monitorinqlərin mütəmadi davam edəcəyini deyən H.Zərbəliyev qeyd edib ki, prezident seçkilərindən sonra Azərbaycan ədəbi dilinin işlənməsində nöqsanlara yol verən aparıcı və diktorlar üçün treninqlər keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti