...

Türkiyə polisi bir sıra dövlət məmurlarını həbs edib

Cəmiyyət Materials 19 Sentyabr 2013 16:33 (UTC +04:00)
Türkiyə polisi xidməti vəzifəsindən sui-istifadə etməkdə və özəl şirkətlərlə sövdələşmələrin nəticələrini saxtalaşdırmaqda təqsirləndirilən bəzi dövlət məmurlarının həbsi ilə bağlı əməliyyat keçirib.
Türkiyə polisi bir sıra dövlət məmurlarını həbs edib

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyə polisi xidməti vəzifəsindən sui-istifadə etməkdə və özəl şirkətlərlə sövdələşmələrin nəticələrini saxtalaşdırmaqda təqsirləndirilən bəzi dövlət məmurlarının həbsi ilə bağlı əməliyyat keçirib.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, polis 45 nəfəri saxlayıb, onlar arasında yüksəkvəzifəli hərbi məmurlar da var.

Saxlanılanlar Türkiyənin Təhlükəsizlik üzrə Baş Müdiriyyətinin Maliyyə cinayətləri şöbəsinə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti