...

Təhsil Nazirliyində Elektron Tədris Resurslarının Qiymətləndirilməsi Şurası yaradılIıb

Cəmiyyət Materials 23 Sentyabr 2013 13:20 (UTC +04:00)
Elektron resursların keyfiyyətinin qiymətləndirilməsi məqsədilə Təhsil Nazirliyinin nəzdində Elektron Tədris Resurslarının Qiymətləndirilməsi Şurası yaradılıb.
Təhsil Nazirliyində Elektron Tədris Resurslarının Qiymətləndirilməsi Şurası yaradılIıb

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Elektron resursların keyfiyyətinin qiymətləndirilməsi məqsədilə Təhsil Nazirliyinin nəzdində Elektron Tədris Resurslarının Qiymətləndirilməsi Şurası yaradılıb.

Trend Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 21 avqust 2004-cü il tarixli 355 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin 2005-2007-ci illər üzrə informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı" çərçivəsində Azərbaycan tarixi fənni üzrə 20 adda 37900 nüsxə elektron vəsait, kimya fənni üzrə 8 adda 15160 nüsxə elektron vəsait, biologiya fənni üzrə 12 adda 22740 nüsxə elektron vəsait və fizika fənni üzrə 3 adda 10200 nüsxə elektron vəsaitləri hazırlanıb. Yaxın illər ərzində Azərbaycanda da tədricən fərdi kompyuterlər və ya planşetlər vasitəsilə elektron dərsliklərdən istifadə ölkə miqyasında "bulud" texnologiyalara keçidi tezləşdirəcək. Belə ki, şagirdlər tədris üçün zəruri materialları və dərslikləri Məlumat və Resurs Mərkəzinin serverlərindən, yəni "Təhsil Buludu"ndan istifadə etməklə fərdi təhsil alətinə yükləyə və təhsil nəticələrini keyfiyyətli dərəcədə təkmilləşdirə biləcəklər.

Elektron təhsil texnologiyalarının tətbiqinin artırılması üzrə fəaliyyətlər çərçivəsində elektron vəsaitlərin işlənilməsi genişlənmiş, elektron təhsil (e-learning) resursları bazasının əsası qoyulmuş, distant təhsilin inkişaf etdirilməsi üçün tədbirlər həyata keçirilmiş, vahid təhsil portalı yaradılmış və ölkədə interaktiv tədris imkanlarından daha geniş istifadə olunması dəstəklənib.

Hazırda Milli Təhsil Portalında (www.edu.az) 8 fənn üzrə 122 resurs mövcuddur. Bunlara fizika, kimya, biologiya, ədəbiyyat, musiqi və riyaziyyat üçün hazırlanmış dərslər daxildir. Eyni zamanda portalda Azərbaycan epistolyar irsi, Üzeyir Hacıbəylinin "Virtual muzeyi", Azərbaycan tarixinin canlı səsləri, "Language learning inserts", "Learning English" kimi elektron resurslarda yerləşdirilmişdir. Bu siyahıya ibtidai siniflər üçün hazırlanmış "İnfoko" resurslarını da misal göstərmək olar. Elektron resursların keyfiyyətinin qiymətləndirilməsi məqsədilə Təhsil Nazirliyinin nəzdində Elektron Tədris Resurslarının Qiymətləndirilməsi Şurası yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti