...

Orta məktəb əlaçılarının 42 faizi qəbul imtahanlarında öz attestat qiymətlərinə uyğun bal toplayıblar

Cəmiyyət Materials 27 Sentyabr 2013 14:11 (UTC +04:00)
Azərbaycanda ali məktəblərə qəbul imtahanlarında iştirak edən orta məktəb əlaçılarının 42 faizi öz attestat nəticələrini təsdiqləyərək, 500-700 bal nəticə göstərib.
Orta məktəb əlaçılarının 42 faizi qəbul imtahanlarında öz attestat qiymətlərinə uyğun bal toplayıblar

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda ali məktəblərə qəbul imtahanlarında iştirak edən orta məktəb əlaçılarının 42 faizi öz attestat nəticələrini təsdiqləyərək, 500-700 bal nəticə göstərib. Trend-in məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, ötən illərlə müqayisədə attestat nəticələrini təsdiqləyən abituriyentərin sayı artıb.

Komissiya sədrinin sözlərinə görə, bu il əlaçıların 0,9 faizi 0-100 bal arasında bal toplayıb.

Azərbaycanda ali məktəbə daxil olan məcburi köçkün abituriyentlərin sayının artdığını deyən TQDK sədri bildirib ki, 2000-cu ildə ölkədə məcburi köçkün statusu olan 812 nəfər ali məktəbə qəbul olunmuşdusa, bu il onların sayı 3161 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti