...

Azərbaycanda aptekdə çalışanların işə qəbulu yeni qaydada olacaq

Cəmiyyət Materials 30 Sentyabr 2013 16:21 (UTC +04:00)
Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələrə əczaçıların işə qəbulunun mərkəzləşdirilmiş qaydada aparılması nəzərdə tutulur.
Azərbaycanda aptekdə çalışanların işə qəbulu yeni qaydada olacaq

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələrə əczaçıların işə qəbulunun mərkəzləşdirilmiş qaydada aparılması nəzərdə tutulur.

Nazirlikdən Trend-ə verilən məlumata görə, hazırda əczaçıların işə qəbulu üçün namizədlər "Tibb qəzeti"ndə vakant yerlərlə bağlı elanlara əsasən tibb müəssisələrində yaradılmış komissiyalara ümumi qaydada müraciət edirlər. Yaxın gələcəkdə isə əczaçıların da Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələrə işə qəbulunun mərkəzləşdirilmiş qaydada aparılması nəzərdə tutulur.

Qurumdan bildirilib ki, nazirliyin tabeliyində olan tibb müəssisələrindəki vakant həkim yerlərinə işə qəbul bu ildən başlayaraq mərkəzləşdirilmiş qaydada aparılır. Bu zaman hər bir namizədin bilik səviyyəsinin, peşə hazırlığının, ümumi dünyagörüşünün, tibb müəssisələrində işləməyə layiqli olmasının müəyyən edilməsi məqsədilə aşkarlıq şəraitində şəffaf üsullarla müsabiqə keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir.

Artıq mərkəzləşdirilmiş işə qəbulun 2 mərhələsi uğurla başa çatdırılıb və 98 nəfər işə qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti