...

“Shokki-Mokki” markası geniş əhatəli sosial layihələrə start verir (FOTO)

Cəmiyyət Materials 4 Oktyabr 2013 14:36 (UTC +04:00)
Uşaqların sevimlisi olan “Shokki Mokki” şokolad kremi çox az bir zamanda bazara çıxmaqla, istər balacaların, istərsə də böyüklərin sevgisini qazana bildi. "Shokki Mokki" xüsusilə uşaq orqanizmi üçün xeyirlidir.
“Shokki-Mokki” markası geniş əhatəli sosial layihələrə start verir (FOTO)

Azərbaycan, Bakı, 4 oktyabr /Trend /

Uşaqların sevimlisi olan "Shokki Mokki" şokolad kremi çox az bir zamanda bazara çıxmaqla, istər balacaların, istərsə də böyüklərin sevgisini qazana bildi. "Shokki Mokki" xüsusilə uşaq orqanizmi üçün xeyirlidir.

"Shokki mokki" sümüklərin böyüməsinə, inkişaf etməsinə şərait yaradan, sümük quruluşunu gücləndirən, protein və kalsium mənbəyi olan fındıq, süd ilə zəngindir. Uşaqların inkişafını düşünən bu marka, həyata keçirdiyi sosial layihələri ilə də diqqəti cəlb edir. Marka təmsilçisi Ellada Şiriyeva mətbuatla görüşündə yeni layihələr və yeni böyük şüşə qabıaşdırmalı məhsul barədə məlumat vermişdir. Bildirmişdir ki, orta məktəbləri, qaçqın, məcburi köçkün şəhərciklərini ziyarət edən marka heyəti uşaqlara yol hərəkət qaydalarının öyrədilməsi layihəsini bu il də dəstəkləyəcək. Bu layihədə Dövlət Yol Polisi də fəal iştirak edir. "Shokki mokki" bu il minə qədər aztəminatlı uşağın məktəb ləvazimatları ilə təminatını da həyata keçirib.

Artıq Gürcüstanda da hər kəs tərəfindən sevilən milli uşaq markamız, eksport imkanlarını daha da genişləndirməkdə israrlıdır. Buna markanın həm keyfiyyəti həm də dadı tam imkan verir. "Shokki Mokki" şokoladlı fındıqlı krem məhsulları artıq Gürcüstan, Rusiya, Orta Asiya ölkələrinə ixrac olunur.

.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti