...

Azərbaycanda qidadan zəhərlənənlərin sayı artıb

Cəmiyyət Materials 7 Oktyabr 2013 16:50 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Trend-ə verilən məlumata görə, bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda 752 qida zəhərlənməsi hadisəsi baş verib. Bu hadisələr nəticəsində 1080 nəfər qidadan zəhərlənib. Həmin hadisələrin 20-si botulizm olub. Botulizm hadisələrindən 25 nəfər zərər çəkib.
Azərbaycanda qidadan zəhərlənənlərin sayı artıb

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda qidadan zəhərlənən şəxslərin sayı artıb.

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Trend-ə verilən məlumata görə, bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda 752 qida zəhərlənməsi hadisəsi baş verib. Bu hadisələr nəticəsində 1080 nəfər qidadan zəhərlənib. Həmin hadisələrin 20-si botulizm olub. Botulizm hadisələrindən 25 nəfər zərər çəkib.

2012-ci ilin yanvar-avqust aylarında Azərbaycanda qida zəhərlənməsi hadisələrinin sayı bu ilin müvafiq dövrü ilə müqayisədə çox olsa da, zəhərlənən şəxslərin sayı az olub. Ötən il yanvar-avqust aylarında Azərbaycanda baş vermiş 915 qida zəhərlənmə hadisəsi nəticəsində 1039 nəfər qidadan zəhərlənib. Zəhərlənmə hadisələrinin 14-ü botulizm hadisəsi olub. Bu hadisələrdən 19 nəfər zərər çəkib.

Qeyd edək ki, 2011-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycanda 707 qida zəhərlənməsi hadisəsi baş vermişdi. Bu hadisələr nəticəsində 816 nəfər qidadan zəhərlənmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti