...

Azərbaycanın bəzi yerlərində havanın temperaturu 23 dərəcəyə yüksələcək

Cəmiyyət Materials 9 Oktyabr 2013 09:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Yaxın iki gün ərzində Azərbaycanın bəzi yerlərində havanın temperaturu 23 dərəcəyə yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 10-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyinin sürəti 8-13 m/s olacaq. Havanın temperaturunun gecə 10-13, gündüz 16-20 dərəcə isti olacağı gözlənilir.

Oktvabrın 11-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, havanın gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyinin sürəti 8-13 m/s olacaq. Havanın temperaturunun gecə 10-13, gündüz 16-20 dərəcə isti olacağı gözlənilir.

Yaxın iki gün ərzində Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq.

Lakin ayın 11-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Azərbaycanın Aran rayonlarında havanın temperaturunun gecə 8-13, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti