Azərbaycan, Bakı, 14 oktyabr /Trend/
Qurban bayramı günü Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 15-də cənub-şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 10-13, gündüz 15-18 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə oktyabrın 15-də yağış yağacağı, qərb küləyi əsəcəyi gözlənilir.
Havanın temperaturunun gecə 9-14, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.
Dağlarda havanın temperaturunun gecə 0,5, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.