...

Azərbaycanın Ukraynadakı səfiri Lvov vilayətinin qubernatoru Viktor Şemçuk ilə görüşüb

Cəmiyyət Materials 16 Oktyabr 2013 21:07 (UTC +04:00)
Lvov şəhərində keçirilən XIX beynəlxalq müasir musiqi festivalı çərçivəsində oktyabrın 13-də təşkil olunmuş Azərbaycan musiqisi gecəsində iştirak etmək məqsədilə Lvov şəhərinə səfər edən səfir Eynulla Mədətli oktyabrın 14-də Lvov vilayətinin qubernatoru Viktor Şemçuk ilə görüşüb.
Azərbaycanın Ukraynadakı səfiri Lvov vilayətinin qubernatoru Viktor Şemçuk ilə görüşüb

Azərbaycan, Bakı, 16 oktyabr /Trend/

Lvov şəhərində keçirilən XIX beynəlxalq müasir musiqi festivalı çərçivəsində oktyabrın 13-də təşkil olunmuş Azərbaycan musiqisi gecəsində iştirak etmək məqsədilə Lvov şəhərinə səfər edən səfir Eynulla Mədətli oktyabrın 14-də Lvov vilayətinin qubernatoru Viktor Şemçuk ilə görüşüb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, Şemçuk 31 oktyabr-1 noyabr 2013-cü il tarixlərində keçiriləcək III Bakı Beynəlxalq Humanitar Foumunda iştiraka dəvət edildiyinə görə Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarova təşəkkürünü ifadə edib və məmnuniyyətlə forumda iştirak edəcəyini bildirib. Qubernator səfər çərçivəsində öz inkişafı və perspektivləri ilə ölkə hüdudlarından kənarda da tanınan Qəbələ şəhərində olmaq istəyini bildirib.

Səfir qubernatora Lvov filarmoniyasında oktyabrın 13-də keçirilmiş Azərbaycan musiqi gecəsi barədə məlumat verib, ölkələrimiz arasında əməkdaşlıq əlaqələrindən, xüsusən Lvov vilayətinin bu əməkdaşlıqda rolundan danışıb.

Şemçuk 21 min kv.km əraziyə və 40 şəhərə malik olan Lvov vilayətinin müxtəlif sanatoriyalarında hər il 10 minlərlə Azərbaycan vətəndaşının dincəldiyini və müalicə aldığını, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ukrayna nümayəndəliyi tərəfindən Lvovda həyata keçirilən bir sıra iqtisadi və sosial layihələri məmnunluqla qeyd edib.

Səfir qubernatorla Azərbaycan və Ukrayna arasında iqtisadi əlaqələr və bu əməkdaşlığın inkişaf perspektivləri, Lvovda istehsal olunan sənaye məhsullarının Azərbaycan bazarına çıxarılması, Azərbaycanın iş adamlarının Lvovun sanatoriya layihələrinə cəlb edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıb.

Görüşdə iştirak edən Azərbaycan diasporunun fəalı və iş adamı Cəfər Babayev qubernatoru maraqlandıran bir neçə təklif irəli sürüb.

Görüşdə "Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu" ictimai təşkilatının sədri Hikmət Cavadov, bu təşkilatının Lvov regional bölümünün rəhbəri Məcid Nuxiyev, Lvovda yaşayan Azərbaycanlı iş adamı və xeyriyyəçi Cəfər Babayev, Ukrayna Xarici İşlər Nazirliyinin Qərbi Ukrayna üzrə idarəsinin rəhbəri Vyaçeslav Voynarovski və vilayət administrasiyasının məsul işçiləri iştirak ediblər.

Görüşdən sonra səfir Eynulla Mədətli Lvov vilayət telekanalına və aparıcı "Visokiy Zamok" qəzetinə müsahibə verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti