...

Türkiyədə özəl qəbiristanlıqlar yaradıla bilər

Cəmiyyət Materials 17 Oktyabr 2013 10:37 (UTC +04:00)
Türkiyədə özəl qəbiristanlıqlar yaradıla bilər.
Türkiyədə özəl qəbiristanlıqlar yaradıla bilər

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir R. Hafizoğlu/

Türkiyədə Şəhərsalma Nazirliyinin hazırladığı yeni qanun layihəsinə əsasən, ölkədə özəl qəbiristanlıqların yaradılması nəzərdə tutulur. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Zaman" qəzeti məlumat verib.

Məlumata əsasən, özəl qəbiristanlıqların yaradılması bələdiyyə ərazilərinə məxsus qəbiristanlıqlarda sıxlığın olması və qəbir qitmətlərinin yüksək olması ilə bağlıdır. Hazırlanan yeni qanun layihəsinə əsasən, qəbiristanlıqların şəhər kənarlarına çıxarılması da nəzərdə tutulur.

Qəzetin məlumatına görə, Türkiəynin bir çox böyük şəhərlərində bir qəbirin qiyməti 10 mindən 50 min TL-dək dəyişə bilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti