...

Azərbaycanda mülayim hava şəraiti davam edəcək

Cəmiyyət Materials 28 Oktyabr 2013 12:18 (UTC +04:00)
Sabah Azərbaycanda mülayim hava şəraiti davam edəcək.
Azərbaycanda mülayim hava şəraiti davam edəcək

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Sabah Azərbaycanda mülayim hava şəraiti davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 9-12, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.

Yaxın 3 gün ərzində Abşeron yarımadasında mülayim hava şəraitinin üstünlüyü və meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.

Azərbaycanın rayonlarında oktyabrın 29-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı ehtimal olunur. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 6-11, gündüz 17-22, dağlarda gecə 0-5, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti