...

Allahşükür Paşazadə Aşura günü küçələrdə yürüş keçirmək istəyənlərə çağırış etdi

Cəmiyyət Materials 30 Oktyabr 2013 12:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Aşura günü hər kəs qanun çərçivəsində hərəkət etməlidir. Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə qurumun Qazilər Şurasının Məhərrəm ayının başlanması ilə bağlı keçirilən tədbirində çıxışı zamanı deyib.

QMİ sədri bildirib ki, Azərbaycanın da özünün qanunları var: "Aşura günü küçələrdə qanunsuz olaraq hərəkət etmək, yürüşlər etmək olmaz. Bu kimi məsələlərdə ehtiyatlı olmalıyıq və biz şəhadəti məscidlərin daxilində, həyətində olan imkandan istifadə edərək keçirməliyik. Bizə küçə yürüşlərinə qəti icazə verilmir və biz də onu istəmirik. Bu gün bizim iki minə yaxın məscidimiz var və bu, yetərlidir. Hələ məscidlərin yarısını doldurmamış, bir də görürsən ki, bir dəstə yığışır küçələrə çıxır. Bu, düzgün deyil".

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası Məhərrəm ayının başlanması ilə bağlı fətva verib.

Fətvada deyilir ki, yeni 1435-cü ilin başlanğıcı-Məhərrəm ayının 1-i miladi təqvimi ilə 2013-ci il noyabrın 5-nə təsadüf edir. Fətvaya görə, cari ilin noyabrın 14-ü Aşura günüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti