Azərbaycan, Bakı, 5 noyabr /Trend/
Bakının Xətai rayonunda su olmayacaq.
"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsindən keçən və uzun müddətdir istismarda olan 500 mm diametrli magistral su xətti yenisi ilə əvəz olunub. Yeni xəttin şəbəkəyə qoşulması ilə əlaqədar noyabrın 6-da gün ərzində Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.