...

UNICEF Azərbaycanda gələn il məktəbəqədər təhsilə cəlb edəcəyi 6 yaşlı uşaqların sayını artıracaq

Cəmiyyət Materials 7 Noyabr 2013 16:50 (UTC +04:00)
BMT-nin Uşaq Fondu (UNICEF) gələn il məktəbəqədər təhsilə cəlb edəcəyi 6 yaşlı uşaqların sayını artıracaq.
UNICEF Azərbaycanda gələn il məktəbəqədər təhsilə cəlb edəcəyi 6 yaşlı uşaqların sayını artıracaq

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir İ.İsabalayeva/

BMT-nin Uşaq Fondu (UNICEF) gələn il məktəbəqədər təhsilə cəlb edəcəyi 6 yaşlı uşaqların sayını artıracaq.

UNICEF-dən Trend-ə verilən məlumata görə, Fond Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində bu il həyata keçirdiyi layihəni gələn il də davam etdirəcək. Maliyyə Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihə məktəbəqədər təhsildən istifadə imkanına malik olmayan və ya ondan yalnız məhdud formada yararlana bilən 6 yaşlı uşaqlar üçün nəzərdə tutulub.

Layihə çərçivəsində 10 həftəlik Yay Məktəbəhazırlıq Proqramı həyata keçirilir. Bu il həmin layihə Şabran, Yardımlı və Gədəbəydə reallaşdırılıb. Gələn il isə bu pilot rayonların siyahısının artırılması planlaşdırılıb. İcma əsaslı məktəbəhazırlıq proqramı uşaqların məktəbə daha yaxşı hazırlaşmasına kömək edir. Bu il uşaqların məktəbə hazırlaşmaları üçün Şabran, Yardımlı və Gədəbəyin 135 məktəbindən məktəbəqədər uşaqlardan ibarət 173 qrup yaradılmışdı.

UNICEF hesab edir ki, yeni model Azərbaycanda məktəbəqədər təhsilin alternativ formalarından biri kimi istifadə oluna bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti