...

Ukraynada etnik xalqların cəmiyyətlərinin birləşdiyi Millətlər Assambleyası yaradılıb

Cəmiyyət Materials 7 Noyabr 2013 18:08 (UTC +04:00)
Ukraynada ilk dəfə olaraq Ukrayna Millətlər Assambleyası (UMA) yaradılıb.
Ukraynada etnik xalqların cəmiyyətlərinin birləşdiyi Millətlər Assambleyası yaradılıb

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

Ukraynada ilk dəfə olaraq Ukrayna Millətlər Assambleyası (UMA) yaradılıb.

Assambleyadan Trend-ə verilən məlumata görə, təşkilatda Ukrayna Macarları Konqresi, Ukrayna Yəhudi Forumu, Ümumukrayna Türkdilli Xalqları Mərkəzi, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi, Krım Azərbaycanlıları Cəmiyyəti, Ukrayna Qaqauzları Konqresi və digər ölkədə yaşayan etnik xalqların cəmiyyətləri də daxil olmaqla 50 milli cəmiyyət birləşir.

Noyabrın 15-də Ukraynanın paytaxtı Kiyevdə Ukrayna Millətlər Assambleyasının təqdimatı və fəaliyyətə başlaması ilə bağlı beynəlxalq konfrans keçiriləcək. Konfransda Ukrayna Prezidenti Administrasiyasının rəsmiləri, Ali Radanın deputatları, Ukraynanın Xarici İşlər, Mədəniyyət, Turizm və Gənclər nazirliklərinin rəsmiləri, ABŞ konqresmenləri, BMT-nin və bir sıra beynəlxalq təşkilatların nümayəndələri, Ukraynada fəaliyyət göstərən 25 müxtəlif ölkənin səfirləri, tanınmış ictimai və elm xadimləri, siyasi icmalçılar, Ukraynada yaşayan müxtəlif millətlərin nümayəndələri, yerli və xarici KİV nümayəndələri iştirak edəcəklər.

Təqdimatda Ukrayna Millətlər Assambleyası sədrinin, İdarə heyətinin təsdiq olunması, qurumun fəaliyyətinin əsas istiqamətləri haqqında qərarlar qəbul olunacaq. Ukraynada millətlərarası münasibətlərlə bağlı etno-siyasi sahədə fikir mübadiləsi aparılacaq, konsepsiyalar müəyyən olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti