...

ARGTMŞ “QİDA” payız sessiyası çərçivəsində təlimlərini həyata keçirib (FOTO)

Cəmiyyət Materials 13 Noyabr 2013 10:53 (UTC +04:00)
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) “QHT-lərin İDarəetmə Akademiyası” (“QİDA”) Payız Proqramı çərçivəsində təlimlərini həyata keçirib.
ARGTMŞ “QİDA” payız sessiyası çərçivəsində təlimlərini həyata keçirib (FOTO)

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) "QHT-lərin İDarəetmə Akademiyası" ("QİDA") Payız Proqramı çərçivəsində təlimlərini həyata keçirib.

Şuradan Trend-ə verilən məlumata görə, 8-10 noyabr 2013-cü il tarixlərində "Zəka" Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzi ilə birlikdə Şəmkir şəhəridə keçirilən təlimlər "Effektiv kommunikasiya", "Komanda quruculuğu" və "Gənclər təşkilatlarının yaradılma və idarəedilmə mexanizmləri" mövzuları üzrə təşkil olunub.

Akademiyanın Payız Proqramı çərçivəsində keçirilən təlimlərdə gənclər təşkilatlarının rəhbər və işçi heyətinin nümayəndələri olmaqla 30 -a yaxın gənc iştirak edib. Sonda "Zəka" Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Araz Paşayev və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Baş Katibi Seymur Hüseynovun da iştirakı ilə təlim iştirakçıları şəhadətnamə ilə təltif olunub.

Bundan əlavə olaraq, təlim zamanı iştirakçılar Şəmkir rayonu İcra Hakimiyyətinin başçısı Nazim Veysovla görüşüblər.

Qeyd edək ki, "QHT-lərin İDarəetmə Akademiyası"-nın əsas məqsədi QHT sahəsinin həm praktiki, həm də nəzəri inkişafına nail olmaq, gənclər təşkilatlarının strateji inkişafının təmin edilməsi və təlim alətlərinin reallaşması nəticəsində gənclər təşkilatlarının potensialının artırılmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti