...

ARGTMŞ-nin nümayəndə heyəti Qara Dəniz Gənclər Forumunda iştirak edib

Cəmiyyət Materials 14 Noyabr 2013 09:33 (UTC +04:00)
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) nümayəndə heyəti sədr Şahin Seyidzadənin rəhbərliyi ilə Qara Dəniz Gənclər Forumunda iştirak edib.
ARGTMŞ-nin nümayəndə heyəti Qara Dəniz Gənclər Forumunda iştirak edib

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) nümayəndə heyəti sədr Şahin Seyidzadənin rəhbərliyi ilə Qara Dəniz Gənclər Forumunda iştirak edib.

Şuradan Trend-ə verilən məlumata görə, 6-12 noyabr 2013-cü ildə tarixlərində keçirilən forum Rusiya Federasiyasının Moskva və Soçi şəhərlərində baş tutub.

Forumun əsas məqsədi regionda gənclər təşkilatlarının rolunun müzakirə edilməsi və gənclər təşkilatları arasında uzunmüddətli əməkdaşlığın qurulmasıdır.

Forumda Qara Dəniz regionunun 7 ölkəsindən gələn gənclər təşkilatların 30-dən çox nümayəndəsi iştirak edib. İştirakçılar arasında "Avropada Gənclər ekologiyaya görə" beynəlxlaq gənclər təşkilatı, Bolqarıstan Milli Gənclər Forumu, Rusiya gürcülər ittifaqı, Ermənistanın gənclər təşkilatları Milli şurası, Moldova Respublikası Gənlər Təşkilatları Milli Şurası, Moldovanın Milli skautlar assosiyasiyası, Ruminiya Gənclər Təşkilatları Şurası, Rusiya Gənc Liderlər Assosiyasiyası, AIESEC Rusiya, Adalya Gənclər Klubu (Türkiyə) və Ukrayna Gənclər Forumu iştirak edib.

Forumda iştirak edən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasını isə sədr Şahin Seyidzadə, ARGTMŞ-nin sədr müavini Ramiz Əliyev və ARGTMŞ-nin Nəzarət Təftiş komissiyasının katibi Ləman Ağalarova təmsil edib.

Dörd günlük forumda əsasən Qara Dəniz regionunda mədəniyyətlərarası ünsiyyət imkanları və problemləri barədə, qeyri-formal təhsilin keyfiyyətinin yaxşılaşdırılması haqqında müzakirələr olub. Forumun yekununda Qara Dəniz regionunda gənclər təşkilatlarının əməkdaşlığı haqqında memorandum təsdiq edib.

Qeyd edək ki, forum Moldova Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən başladılmış təşəbbüsün davamı olaraq reallaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti