...

İlin əvvəlindən Azərbaycanda 10 mindən artıq gömrük qanunvericiliyinin pozulması faktı qeydə alınıb

Cəmiyyət Materials 19 Noyabr 2013 14:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir A.Axundov/

2013-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən 10 373 inzibati qanun pozuntusu aşkar edilib. Trend-in məlumatına görə, bu barədə DGK-nın hesabatında deyilir.

Onlardan 105-i qanunsuz keçirməyə cəhd, 195-i əşya, mal və ya pul vəsaitlərinin gizli keçirilməsi, 8876-sı isə sənədlərin təqdim edilməməsi ilə bağlıdır.

Həmçinin hesabat dövrü ərzində cinayət xarakterli gömrük qanunvericiliyinin pozulması üzrə 299 fakt qeydə alınıb.
Məlumata görə, 186 fakt qaçaqmalçılıqla, 115-i isə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı olub.

Hesabat dövründə 99,58 kiloqram narkotik vasitə, 10,17 kiloqram psixotrop maddə ələ keçirilib. Həmçinin 9 ədəd aksiz markaları olmadan malların idxalı faktı qeydə alınıb.

Bu faktlar üzrə yanvar-oktyabr aylarında şübhəli şəxs qismində 337 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti