...

Təhsil Şurası: Dərsliklər heç bir psixoloji tədqiqatlar aparılmadan hazırlanır

Cəmiyyət Materials 22 Noyabr 2013 11:56 (UTC +04:00)
Azərbaycanda orta məktəb dərslikləri heç bir psixoloji, fizioloji tədqiqatlar aparılmadan hazırlanır. Trend-in məlumatına görə, bunu Təhsil Şurasının sədri Əjdər Ağayev qurumun ümumi yığıncağında çıxışı zamanı bildirib.
Təhsil Şurası: Dərsliklər heç bir psixoloji tədqiqatlar aparılmadan hazırlanır

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda orta məktəb dərslikləri heç bir psixoloji, fizioloji tədqiqatlar aparılmadan hazırlanır. Trend-in məlumatına görə, bunu Təhsil Şurasının sədri Əjdər Ağayev qurumun ümumi yığıncağında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hazırda dərsliklərin elmi redaktoru yoxdur: "Dərsliklərin ekspertizadan keçirildikdən sonra tətbiq edilməsi vacibdir. Bu gün bir adam 3-5 dərsliyin müəllifidir. Bu isə dünya praktikasında yoxdur. Bu gün Azərbaycanda psixologiya institutu yoxdur. Nəticədə də dərsliklərlə bağlı müəyyən problemlər yaranır. Bütün bu problemlər həll edilməlidir".

Şura sədrinin sözlərinə görə, Sovet təhsil sisteminin təcrübəsi çox olsa da, bacarıqlar yox idi.

O qeyd edib ki, bu gün ali məktəblərə qəbulun testlə aparılması tələbələrin elmi dünyagörüşünü azaldır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti