...

Azərbaycanda "halal" adı altında kolbasa istehsal edən şirkət barəsində iş qaldırılıb

Cəmiyyət Materials 28 Noyabr 2013 18:12 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Abşeron rayonu, Hökməli ŞTQ, Şamaxı Şossesi, ev 14 ünvanında fəaliyyət göstərən "Halal Dad" MMC-də aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına səbəb olan "Halal Dad" adlı kolbasa və sosislərin istehsal edildiyi müəyyən edilib.
Azərbaycanda "halal" adı altında kolbasa istehsal edən şirkət barəsində iş qaldırılıb

Azərbaycan, Bakı, 28 noyabr /Trend/

Azərbaycanda "halal" adı altında kolbasa istehsal edən şirkət barəsində iş qaldırılıb.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Abşeron rayonu, Hökməli ŞTQ, Şamaxı Şossesi, ev 14 ünvanında fəaliyyət göstərən "Halal Dad" MMC-də aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına səbəb olan "Halal Dad" adlı kolbasa və sosislərin istehsal edildiyi müəyyən edilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, məhsulların istehsalında camış ətindən istifadə edildiyi halda, markalanmasında bu barədə məlumat verilmədiyi, habelə məhsulların halal prinsiplərinə uyğun olmasına dair müvafiq sertifikatlaşma olmasa da, məhsulların markalanmasında halal sözündən ("halal dad") istifadə edildiyi müəyyən edilib.

Qeyd olunanlarla əlaqədar Dövlət Xidməti tərəfindən "Halal Dad" MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti