...

Azərbaycanda süni qiymət artımına yol verənlər cəzalandırılacaq

Cəmiyyət Materials 3 Dekabr 2013 19:52 (UTC +04:00)
Süni qiymət artımına yol verənlər cəzalandırılacaq. Bunu Trend-ə İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev deyib.
Azərbaycanda süni qiymət artımına yol verənlər cəzalandırılacaq

Azərbaycan, Bakı, 3 dekabr /Trend/

Süni qiymət artımına yol verənlər cəzalandırılacaq. Bunu Trend-ə İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev deyib.

O, qeyd edib ki, Tarif (qiymət) Şurasının son qərarı ilə təsdiq edilmiş qiymət dəyşikliyi ilə əlaqədar Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən avtomobil nəqliyyatı ilə sərnişindaşıma xidmətlərinin və istehlak bazarında malların (işlərin, xidmətlərin) qiymətlərinin intensiv monitorinqinə başlanılıb:

"Monitorinqlərin məqsədi istehlak bazarında baş verə biləcək süni qiymət artımlarının vaxtında aşkar edilərək qarşısının alınmasıdır. Monitorinqlər zamanı qiymətlərin süni şəkildə artırıldığı aşkar edildiyi təqdirdə qanun pozuntusuna yol vermiş təsərrüfat subyektləri barəsəndə qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlər görüləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti