Azərbaycan, Bakı, 5 dekabr /Trend/
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) tələbə yataqxanasının bərpası istiqamətində işlərə başlanılıb. Bu barədə Trend Kəpəz TV-yə istinadən məlumat verir.
Məlum olduğu kimi, ali təhsil müəssisələrinin tələbələri üçün nəzərdə tutulmuş bir çox yataqxana binalarında məcburi köçkünlərin məskunlaşması gənclərin yerlə təminatı baxımından problemlərə yol açır. Bu məsələni Gəncədə fəaliyyət göstərən 3 universitetin tələbələrinə də şamil etmək olar.
Lakin yaşanan problemin həlli üçün ADAU-da işlərə başlanılıb. Burada mehmanxana tipli tələbə yataqxanası tikilir. Bu ilin may ayından başlanılan işləri "Vita Təmir Tikinti" şirkəti həyata keçirir. Ərazidə 100 nəfər işçi heyəti çalışır.
5 korpus və 7 mərtəbədən ibarət olacaq yataqxana 520 tələbənin yaşaması üçün nəzərdə tutulub.