...

ARGTMŞ Avropa İttifaqının layihəsini Azərbaycanda həyata keçirəcək

Cəmiyyət Materials 16 Dekabr 2013 09:19 (UTC +04:00)
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Azərbaycanda Avropa İttifaqının “Youth In Action” - “Gənclər Fəaliyyətdə” proqramı çərçivəsində növbəti layihəsini reallaşdıracaq.
ARGTMŞ Avropa İttifaqının layihəsini Azərbaycanda həyata keçirəcək

Azərbaycan, Bakı, 16 dekabr /Trend/

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Azərbaycanda Avropa İttifaqının "Youth In Action" - "Gənclər Fəaliyyətdə" proqramı çərçivəsində növbəti layihəsini reallaşdıracaq.

Şuradan Trend-ə verilən məlumata görə, "Sülhə gedən yollar" adlı layihə 11-19 may 2014-cü il tarixlərində Azərbaycanda həyata keçiriləcək. 10 ölkədən 30 nümayəndənin iştirak edəcəyi beynəlxalq layihədə 5 Avropa İttifaqı dövlətləri və 5 Şərq Tərəfdaşlığı ölkələrinin nümayəndə heyəti iştirak edəcək.

Layihənin məqsədi gənclərin sülh quruculuğunda və konfliktlərin həllində vasitəçiliyini, onların bu istiqamətdə gedən proseslərdə iştirakını daha yaxından təmin etməkdir.

Bununla yanaşı, layihə çərçivəsində müxtəlif ölkələrdən olan gənclər qrup işləri çərçivəsində sülh quruculuğu və konfliktlərin həlli mövzusunda müxtəlif istiqamətlərdə müzakirələr keçirəcək. Eyni zamanda iştirakçılara Azərbaycan mədəniyyətinin nümayiş etdirilməsi məqsədilə müxtəlif tədbirlər təşkil ediləcək.

Xatırladaq ki, ARGTMŞ Aİ-nin "Youth In Action" proqramına 2013-cü ildə qoşulub. ARGTMŞ son 1 il ərzində tərəfdaş olaraq "Youth In Action" - "Gənclər Fəaliyyətdə" proqramının 25 beynəlxalq layihəsində iştirak edib. Layihələrdə 47 üzv təşkilat iştirak edib.

Bununla yanaşı, proqram çərçivəsində Azərbaycanda həyata keçirilən ilk layihə "Yaşıla Doğru" ("Go For Green") olub. ARGTMŞ, həmçinin 2013-ci ilin mart ayında Avropa Könüllük Xidməti (EVS - "European Volunteer Service") üzrə akkreditasiyadan keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti