...

FHN-nin şəxsi heyəti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib (FOTO)

Cəmiyyət Materials 16 Dekabr 2013 11:18 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin (FHN) şəxsi heyəti bazar ertəsi peşə bayramı münasibəti ilə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.
FHN-nin şəxsi heyəti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib  (FOTO)

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir İ.İzzət/

Fövqəladə Hallar Nazirliyinin (FHN) şəxsi heyəti bazar ertəsi peşə bayramı münasibəti ilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib.

Trend-in məlumatına görə, dekabrın 16-da Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi və əməkdaşları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, onların məzarları üzərinə gül, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2006-cı il 8 dekabr tarixli Sərəncamına əsasən, hər il dekabrın 16-sı ölkəmizdə Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti