...

Ötən il Azərbaycanda hesablanan müəllif qonorarının məbləği 92 min manat təşkil edib

Cəmiyyət Materials 16 Yanvar 2014 09:51 (UTC +04:00)
1996-cı ildən indiyədək Azərbaycan Müəllif Hüquqları Agentliyində 9 mindən çox əsər və əlaqəli hüquqların obyektləri qeydiyyatdan keçirilib.
Ötən il Azərbaycanda hesablanan müəllif qonorarının məbləği 92 min manat təşkil edib

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir E.Mehdiyev/

1996-cı ildən indiyədək Azərbaycan Müəllif Hüquqları Agentliyində 9 mindən çox əsər və əlaqəli hüquqların obyektləri qeydiyyatdan keçirilib.

Agentliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2013-cü ildə 195 müəllifin 578 əsəri qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 365 şəhadətnamə verilib. 13 müəllifin 21 əsəri elektron qaydada qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 21 şəhadətnamə verilib.

Beləliklə, 1996-2013-cü illərdə qeydiyyatdan keçirilmiş əsərlərin ümumi sayı 9133 olub.

Bundan əlavə, 2013-cü ildə istifadəçi təşkilatlar tərəfindən 92 min manatdan artıq müəllif qonorarı hesablanıb, 303 nəfər müəllifə köçürmə yolu ilə 50279 manat qonorar ödənilib.

Qeyd edək ki, əsərlərin könüllü qeydiyyat sistemi Azərbaycanda 1996-cı ildən tətbiq olunmağa başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti