...

Yanvarın 25-də Azərbaycanda havanın temperaturunun anomal gedişi proqnozlaşdırılır

Cəmiyyət Materials 23 Yanvar 2014 12:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Yanvarın 25-də Azərbaycanda havanın temperaturunun anomal gedişi proqnozlaşdırılır, gün ərzində hava yağıntılı keçəcək. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, yanvarın 25-26-da Bakıda və Abşeron yarımadasında hava buludlu olacaq, şimal küləyi güclənəcək, temperaturun anomal gedişi müşahidə ediləcək.

Bakıda və Abşeron yarımadasında yanvarın 25-də havanın temperaturu bir neçə dərəcə enəcək, gündüz 5 dərəcəyə, axşama doğru isə 0 dərəcəyə yaxın olacaq.

Azərbaycanın rayonlarında yanvarın 25-də gün ərzində buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gün ərzində əsasən şimal və şərq rayonlarında, 25-dən 26-na keçən gecə bəzi rayonlarda hava yağıntılı olacaq. Dağlıq və dağətəyi rayonlara qar yağacaq.

Yanvarın 24-də isə Azərbaycanda mülayim hava şəraiti hökm sürəcək. Bakıda və Abşeron yarımadasında tutqun hava şəraiti üstünlük təşkil edəcək, şimal-şərq küləyi axşam cənub-qərb küləyi ilə əvəzlənəcək.

Bakıda və Abşeron yarımadasında yanvarın 24-də havanın temperaturu gündüz 5-9, gecə 3-5 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında yanvarın 24-də hava əsasən yağmursuz keçəcək, lakin Böyük Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi ərazilərində az yağıntılı olacaq. Bəzi yerlərdə duman proqnozlaşdırılır, qərb küləyi əsəcək.

Aran rayonlarında yanvarın 24-də havanın temperaturu gündüz 8-13, gecə 0-5 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti