Azərbaycan, Bakı, 24 yanvar /Trend/
Yanvarın 24-də "AZERNEWS" onlayn qəzetinin növbəti nəşri çapdan çıxıb.
Trend-in məlumatına görə, qəzetin yeni sayında oxucular Israilin enerji sahəsində Azərbaycanın təcrübəsindən faydalanmaq planları, Avropa İnsan Hüquqları Məhkəməsində azərbaycanlı məcburi köçkünlərin Ermənistana qarşı iddiasına baxılması, İndoneziya rəsmisinin Ermənistanın işğal nəticəsində vurduğu ziyana görə Azərbaycana 300 milyard dollar kompensasiya ödəməsini vacib hesab etməsi, Ermənistanın növbəti dəfə Dünya İqtisadi Forumunda iştirak etməməsinin səbəbləri və digər məqalələrlə tanış ola bilərlər.
"AZERNEWS" Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür.
Onlayn qəzeti oxumaq üçün www.azernews.az ünvanına keçə bilərsiniz.