...

Ötən il qəbul imtahanlarında qayda pozuntularına yol verən 493 nəzarətçi-müəllim TQDK-nın bazasından xaric edilib

Cəmiyyət Materials 24 Yanvar 2014 11:55 (UTC +04:00)
Onun sözlərinə görə, ötən il keçirilmiş qəbul imtahanlarına 6105 müəllim cəlb edilib.
Ötən il qəbul imtahanlarında qayda pozuntularına yol verən 493 nəzarətçi-müəllim TQDK-nın bazasından xaric edilib

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Ötən il qəbul imtahanlarında köçürməyə və digər qayda pozuntularına yol verən 493 nəzarətçi bazadan xaric edilib. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə fəaliyyəti yüksək qiymətləndirilən imtahan nəzarətçiləri ilə bu gün keçirdiyi görüşdə deyib.

Onun sözlərinə görə, ötən il keçirilmiş qəbul imtahanlarına 6105 müəllim cəlb edilib. Onlardan 574-nə nümunəvi fəaliyyətinə görə təşəkkür elan edilib, o cümlədən 26 nəzarətçiyə fəxri fərman verilib: "Mən istərdim ki, nəzarətçilər bazasından xaric edilən müəllimlərin sayı sıfır olsun. Ancaq bu, işin nəticəsindən asılıdır".

M.Abbaszadə bildirib ki, TQDK-nın nəzarətçilər bazasına 15 000-ə yaxın nəzarətçi-müəllim daxildir. Ümumilikdə indiyədək 1571 müəllimə təşəkkür elan edilib. Onlardan 222-si fəxri fərmanla təltif edilib".

Komissiya sədri deyib ki, nəzarətçi-müəllimlərlə bağlı aparılan araşdırma onların fəaliyyətinin stimullaşdırılması, onlarla təşkil ediləcək seminar-məşğələlərin məzmununun və metodunun yenidən işlənməsi və s. baxımından mühüm əhəmiyyət kəsb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti