...

Səlim Müslümov Lənkəran, Lerik, Astara, Yardımlı, Masallı, Cəlilabad rayonlarının sakinləri üçün qəbul keçirir

Cəmiyyət Materials 24 Yanvar 2014 13:34 (UTC +04:00)
Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.
Səlim Müslümov Lənkəran, Lerik, Astara, Yardımlı, Masallı, Cəlilabad rayonlarının sakinləri üçün qəbul keçirir

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, əvvəlcədən təsdiq olunmuş qrafikə uyğun olaraq bu gün Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Nazirliyin Lənkəran rayon Əhalinin sosial müdafiəsi mərkəzinin inzibati binasında bu rayonun, eləcə də Lerik, Astara, Yardımlı, Masallı, Cəlilabad rayonlarının sakinləri üçün qəbul keçirir. Qəbulda iştirak edəcək vətəndaşların Nazirliyin həmin rayon üzrə Əhalinin sosial müdafiəsi mərkəzlərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Lənkəran şəhərinə gətirilmələri təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti