...

Son 20 ildə ali təhsil müəssisələri üçün ən çox plan yerləri 2013-cü ildə ayrılıb

Cəmiyyət Materials 28 Yanvar 2014 13:55 (UTC +04:00)
M.Abbaszadə əlavə edib ki, ali təhsil müəssisələri üçün ən çox plan yerləri 2013-cü ildə, ən az 1993-cü ildə ayrılıb. Abituriyent ərizələrinin sayı isə ən az 1992-ci ildə, ən çox isə 2008-ci ildə olub.
Son 20 ildə ali təhsil müəssisələri üçün ən çox plan yerləri 2013-cü ildə ayrılıb

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Son 20 ildə ali təhsil müəssisələri üçün ən çox plan yerləri 2013-cü ildə ayrılıb. Trend-in məlumatına görə, bunu TQDK sədri Məleykə Abbaszadə 2013-cü il üzrə qəbul imtahanlarının nəticələrinə həsr olunan konfransda bildirib.

M.Abbaszadə əlavə edib ki, ali təhsil müəssisələri üçün ən çox plan yerləri 2013-cü ildə, ən az 1993-cü ildə ayrılıb. Abituriyent ərizələrinin sayı isə ən az 1992-ci ildə, ən çox isə 2008-ci ildə olub. Ötən illər ərzində ən aşağı müsabiqə vəziyyəti 2002-ci ilə təsadüf edir.

Komissiya sədri qeyd edib ki, bu il 5432 nəfər ali təhsil müəssisələrinin magistratura səviyyəsinə, 506 nəfər rezidenturaya qəbul olub.

Onun sözlərinə görə, 2013-cü ildə təhsil müəssisələrinin ümumilikdə 88697 məzunu olub. Son doqquz ildə məzunların sayı 34411 nəfər azalıb: "Bu meyil artıq bir neçə ildir ki, müşahidə olunur. Son doqquz ildə məzunların sayı 27,95% azalıb. Bu, ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edənlərin sayında da özünü göstərir. Bu il sənəd verənlərin 60,66 faizini builki məzunlar təşkil edib. Müqayisə üçün bildirək ki, 2010-cu ildə ali təhsil müəssisələrinə sənəd verənlər arasında həmin ilin məzunlarının nisbi payı 55.63 faiz, 2011-ci ildə 58.39, 2012-ci ildə isə 58.84 faiz olub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti