...

İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 72 nəfərin yeri müəyyən edilib

Cəmiyyət Materials 28 Yanvar 2014 16:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir İ.İzzət/

Ötən il İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 72 nəfərin yeri müəyyən edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu daxili işlər naziri, general-polkovnik Ramil Usubov yanvarın 28-də DİN-də 2013-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında bildirib.

Nazir qeyd edib ki, 2013-cü ildə təqsirləndirilən şəxslərin axtarışı işinin nəticələri də yaxşılaşmaqla istintaqdan və məhkəmələrdən yayınan 2059 nəfər tutulub. İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 72 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 29 şəxsin yeri müəyyən olunub. Bütövlükdə, axtarılan şəxslərin 66,5 faizinin tutulması təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti