...

Sabah Azərbaycanın bəzi ərazilərində çovğun olacaq

Cəmiyyət Materials 30 Yanvar 2014 12:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Sabah Azərbaycanın bəzi ərazilərində çovğun olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvarın 31-də Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Arabir güclənən şimal-şərq küləyi əsəcək. Çovgun olacağı ehtimalı var. Gecə və gündüz 1-3 dərəcə şaxta olacaq. Axşam temperatur bir qədər də enəcək, 5 dərəcəyədək şaxta olacağı proqnozlaşdırılır. Yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında yanvarın 31-də arabir qar yağacaq, bəzi yerlərdə intensiv və güclü olacağı gözlənilir. Arabir güclənən şimal küləyi əsəcək. Aran rayonlarında gecə 0-4 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2-7 dərəcə şaxta olacağı gözlənilir. Bəzi rayonlarda çovğun olacağı ehtimalı var. Yollar buz bağlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti