...

Ağsu aşırımından başqa, Azərbaycanın bütün yollarında avtomobillərin hərəkətinə məhdudiyyətlər götürülüb

Cəmiyyət Materials 1 Fevral 2014 10:18 (UTC +04:00)
Ağsu aşırımından başqa, Azərbaycanın bütün yolları açıqdır və nəqliyyatın hərəkətində məhdudiyyət yoxdur.
Ağsu aşırımından başqa, Azərbaycanın bütün yollarında avtomobillərin hərəkətinə məhdudiyyətlər götürülüb

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir E.Mehdiyev/

Ağsu aşırımından başqa, Azərbaycanın bütün yolları açıqdır və nəqliyyatın hərəkətində məhdudiyyət yoxdur. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsi İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

K.Əliyev deyib ki, yalnız Ağsu aşırımında avtomobillərin hərəkətində məhdudiyyətlər qalmaqdadır.

Şöbə rəisinin sözlərinə görə, yanvarın 31-dən fevralın 1-dək Azərbaycanda hökm sürən qeyri-sabit hava şəraiti zamanı 13 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 16 nəfər isə yaralanıb.

Ölümlə nəticələnən yol qəzasının biri Ağdaş rayonu ərazisində baş verib. Həmin ərazidə "Opel" markalı avtomobilin aşması nəticəsində bir nəfər ölüb. Digəri isə Abşeron ərazisində baş verib. Belə ki, "Sulutəpə" adlanan ərazidə "BMW" markalı avtomobilin maneəyə çırpılması nəticəsində bir nəfər ölüb, biri isə yaralanıb.

Qeyd edək ki, qar və çovğunun müşahidə olunduğu yanvarın 30-dan 31-nə keçən gecə respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş vermişdi. Qəzalar zamanı 6 nəfər ölüb, 11 nəfər yaralanıb.

Xatırladaq ki, yanvarın 30-u axşamdan başlayaraq Azərbaycanda qeyri-sabit hava şəraiti hökm sürür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti