...

Azərbaycanda ötən il oğurlanan avtomobillərdən 70-i hələ də tapılmayıb

Cəmiyyət Materials 4 Fevral 2014 16:22 (UTC +04:00)
Azərbaycan avtomobillərin qaçırılması və oğurlanması hallarının ən az qeydə alındığı ölkələrdən biridir. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsindən bildiriblər.
Azərbaycanda ötən il oğurlanan avtomobillərdən 70-i hələ də tapılmayıb

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir İ.İzzət/

Azərbaycan avtomobillərin qaçırılması və oğurlanması hallarının ən az qeydə alındığı ölkələrdən biridir. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsindən bildiriblər.

Məlumata əsasən, 2013-cü ildə Azərbaycanda avtomobillərin qaçırılması və oğurlanması ilə bağlı 350 fakt qeydə alınıb.

Ötən ilin statistikasına əsasən, rəsmi olaraq qaçırılmış və oğurlanmış kimi qeydə alınan 280 halda nəqliyyat vasitələri tapılaraq sahiblərinə qaytarılıb. Buna baxmayaraq, 70 avtomobil hələ də tapılmayıb. Hazırda onların tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, qeydə alınan hadisələrin hamısında oğurluq və ya qaçırılma faktı tam təsdqini tapmayıb. Belə ki, bu cür hadisələrin əksəriyyətinin anlaşılmazlıq səbəbindən qohumlar arasında baş verdiyi məlum olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti