...

Sabahdan Bakıda şaxtalı havalar müşahidə edilməyəcək, havanın temperaturu yüksələcək

Cəmiyyət Materials 8 Fevral 2014 12:29 (UTC +04:00)
Sabahdan Bakıda şaxtalı havalar müşahidə edilməyəcək, havanın temperaturu ötən günlərlə müqayisədə yüksələcək.
Sabahdan Bakıda şaxtalı havalar müşahidə edilməyəcək, havanın temperaturu yüksələcək

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir İ.İsabalayeva/

Sabahdan Bakıda şaxtalı havalar müşahidə edilməyəcək, havanın temperaturu ötən günlərlə müqayisədə yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, fevralın 9-da Bakıda və Abşeron yarımadasında hava gün ərzində əsasən yağmursuz olacaq. Lakin fevralın 8-dən 9-na keçən gecə yarımadanın bəzi yerlərində havanın yağıntılı olacağı, səhər tədricən kəsiləcəyi gözlənilir. Gündüz mülayim cənub küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 0-3 dərəcə isti, gündüz 5-8 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 9-da hava gündüz əsasən, yağmursuz keçəcək. Lakin gecə saatlarında Lənkəran-Astara bölgəsində havanın az yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 4-9, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti